CƏMİYYƏT


Azərbaycanda alman dilinin inkişafına dair fikir mübadiləsi aparılıb

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab və Höte İnstitutunun Gürcüstana yeni təyin edilmiş dil şöbəsinin rəhbəri Saşa Fabri Alman Dili Tədrisi Mərkəzinin fəaliyyəti ilə tanış olub, tələbə və müəllim heyəti ilə görüşüblər.

Görüşdə Azərbaycanda alman dilinin inkişafına dair fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb. Səfir çoxlu sayda gənc azərbaycanlının alman dilinə maraq göstərməsindən məmnunluğunu bildirib.

Saşa Fabri dilin mədəniyyətlərarası ünsiyyətdə vacib vasitə olduğunu qeyd edib. O, təmsil etdiyi qurumun Azərbaycanda Alman Dili Tədrisi Mərkəzi kimi mühüm tərəfdaşa malik olmasından məmnunluğunu ifadə edib.

Xatırladaq ki, Alman Dili Tədrisi Mərkəzi Höte İnstitutunun Azərbaycanda yeganə tərəfdaşı olaraq 2009-cu ildən etibarən alman dilinin tədrisi ilə məşğuldur. Mərkəzdə uşaqlar və böyüklər üçün dil kursları keçirilir. Mərkəz beynəlxalq sertifikat imtahanları və müxtəlif maarifləndirici tədbirlər təşkil edir. Burada alman dilini tədris edən müəllimlər həm Almaniyada, həm də dünyanın müxtəlif ölkələrində təkmilləşdirmə kurslarında iştirak edirlər. Alman Dili Tədris Mərkəzi mütəmadi olaraq Almaniyanın ölkəmizdəki səfirliyi, Höte İnstitutunun Gürcüstan, DAAD – Akademik Mübadilə Xidməti ilə konstruktiv fikir mübadiləsi aparır və Azərbaycanda alman dilinə marağın artmasına öz töhfəsini verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.