CƏMİYYƏT


Azərbaycanda altı ay ərzində 10 xəstəyə sümük iliyi köçürülüb

A+ A

Bakı, 1 avqust, AZƏRTAC 

Respublika Talassemiya Mərkəzində ötən altı ay ərzində 10 xəstəyə sümük iliyi köçürülüb. Ümumilikdə isə 2014-cü ildən indiyədək bu xəstəlikdən əziyyət çəkən 35 xəstə üzərində dövlət vəsaiti hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı aparılıb.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda o da bildirilir ki, eyni zamanda, cari ilin altı ayı ərzində Talassemiya Mərkəzinin ümumi laboratoriyasında 10 min 200 nəfər proqram çərçivəsində müayinələrdən keçib.

Qeyd edək ki, bu ilin aprel ayında Respublika Talassemiya Mərkəzi Beynəlxalq Transplantasiya Təşkilatına üzv seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.