İQTİSADİYYAT
Azərbaycanda aparılmış 27 islahatdan 5-i vergitutma ilə bağlı olub
Bakı, 2 avqust, AZƏRTAC
“Doing Business 2017” hesabatına görə, 2009-2016-cı illərdə Azərbaycanda aparılmış 27 islahatdan 7-si qeydiyyat sahəsi ilə, 5-i vergitutma ilə bağlı olub.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, “Biznesə başlama” indikatorunda Azərbaycan üçün müəyyən edilmiş “Etalon qanunvericiliyə yaxınlıq” (DTF) indeksi 97,75 faiz təşkil edib ki, bu da dünya üzrə kifayət qədər yüksək standartlara uyğundur.
Hazırda Azərbaycan “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdə qərarlaşıb.