İQTİSADİYYAT


“Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” adlı dəyirmi masa keçirilib

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı ilə “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” adlı dəyirmi masa keçirilib. Tədbirdə 20-dən çox arı təsərrüfatı ilə məşğul olan ASK-nın üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkədə özəl sektora yaradılan dövlət dəstəyindən söhbət açaraq, kənd təsərrüfatı məhsullarının istehsalının inkişafının daha da artdığını tədbir iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” adlı təqdimatla çıxış edib. Samir Əliyev bildirib ki, rəsmi rəqəmlərlə olmasa da apardıqları araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda 10 000 (on min) arı təsərrüfatı, 250 000 (iki yüz əlli min) arı ailəsi var.

Dünya təcrübəsindən söhbət açan ekspertlər qeyd ediblər ki, ən ucuz bal Avstriyada, ən baha bal isə Fransadadır. Dünyada ən çox bal istehsal edən ölkə Çin, Argentina, Meksika, Hindistan, Vyetnam, ən çox bal ixrac edən ölkə isə ABŞ, Almaniya, Böyük Britaniya, Yaponiya, Belçikadır.

Arıçılıqda mövcud vəziyyət müzakirə olunmaqla yanaşı, mövcud problemlərdən də söhbət açılıb. Qeyd olunub ki, bu sahədə inkişaf üçün arıçılar assosiasiyasının təsis edilməsinə ehtiyac var. Arıçılar bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin və peşəkar kadrların hazırlanmasının vacibliyindən danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.