İQTİSADİYYAT
Azərbaycanda atmosferə atılmaların azaldılması istiqamətindəki tədbirlər müzakirə olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycanda atmosferə atılmaların azaldılması istiqamətindəki tədbirlər müzakirə edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə oktyabrın 19-da Dünya Bankının təşəbbüsü ilə Norveçin “Carbon Limits” şirkətinin nümayəndələrinin SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ilə görüşündə danışılıb. Məqsəd Dünya Bankı ilə SOCAR arasında birgə əməkdaşlığı genişləndirərək “Carbon Limits” şirkətinin təcrübəsindən yararlanmaqla Azərbaycanda atmosferə atılmaların azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsidir.
Görüşdə SOCAR və “Carbon Limits” şirkəti arasında bu sahədə görülə biləcək işlər müzakirə edilib.
“Carbon Limits” şirkətinin nümayəndəsi Torleif Haugland görüşün təşkilinə görə SOCAR rəhbərliyinə təşəkkür edib və gələcəkdə birgə əməkdaşlığın verə biləcəyi töhfələrdən danışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]