ELM VƏ TƏHSİL
Azərbaycanda beşyaşlı uşaqdan yeni rekord VİDEO
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan şahmat tarixində beşyaşlı uşaq yeni rekord təyin edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.
Paşam Əlizadə 17 yaşadək oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi doqquz oyunda yeddi xal toplayıb.
“Ağ Top” Şahmat Klubunun yetirməsi olan Paşam Əlizadə diplom və mükafatla təltif edilib.
Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması altıyaşlı uşaq tərəfindən yerinə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]