CƏMİYYƏT


Azərbaycanda binaların seysmik davamlılığı yeni metodlarla öyrəniləcək

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycanda binaların seysmikliyə davamlılığının öyrənilməsi üçün yeni metodlar tətbiq ediləcək.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda səfərdə olan Kanadanın Geologiya Xidmətinin əməkdaşı, Viktoriya Universitetinin professoru Tuna Onur mərkəzdə təqdimatla çıxış edərkən bu barədə məlumat verib. ABŞ, Kanada və Avropada tətbiq edilən metodlardan danışan T.Onur ölkəmizdə də həmin metodların tətbiq ediləcəyini və artıq bununla bağlı yerli əməkdaşlar üçün təlimə başladığını söyləyib.

RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə bildirib ki, bu vaxta qədər də Azərbaycanda tikilən binaların hər birinin ayrıca seysmik davamlılığı hesablanır. Ölkəmizdə ən müasir metodların tətbiqinin vacib olduğunu qeyd edən baş direktor gənc kadrların bu sahəyə yönəldildiklərini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.