İQTİSADİYYAT


Azərbaycanda böyük tərəvəz və kartof toxumçuluğu müəssisəsinin tikintisinə başlanılıb

Bakı, 17 may, AZƏRTAC

Bu il kənd təsərrüfatının hədəflərinin içərisində toxumçuluğun inkişafı ən birinci yerdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgilərində jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Onun sözlərinə görə, bunun üçün artıq Azərbaycanda böyük tərəvəz, kartof toxumçuluğu müəssisəsinin tikintisinə başlanılıb və bu ilin sonunda istifadəyə veriləcəyi gözlənilir.

Nazir qeyd edib ki, gələcəkdə də toxumçuluq istehsalı və emalı ilə bağlı zavodların tikintisi planlaşdırılır. “Eyni zamanda ciddi nəzarət sistemi formalaşdırırıq. Ancaq xüsusi toxumçuluqla məşğul olanlara sertifikatlar verilir. Bu sahədə ciddi nəzarət var. Toxumçuluğun keyfiyyətinin artırılması ümumi məhsul istehsalının artırılmasında böyük rol oynayacaq”, - deyə H.Əsədov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.