REGİONLAR


Azərbaycanda bütün dinlərin nümayəndələri tolerant mühitdə yaşayırlar

Yardımlı, 11 iyun, Bağır Əliyev, AZƏRTAC

Azərbaycanda bütün dinlərin nümayəndələri, fərqli mədəniyyətlərə mənsub vətəndaşlar bərabərhüquqludur və tolerant mühitdə yaşayırlar.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirdə səsləndirilib.

Rayondakı Heydər Əliyev Mərkəzi və şəhər 1 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında təşkil olunmuş mühazirələrdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Yadigar Məmmədli, rayon ziyalıları və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramlarını bildiriblər.

Çıxış edənlər milli dövlətçiliyin və azərbaycançılıq ideologiyasının inkişafı naminə aparılan siyasətdən söz açaraq, dövlətçilik tariximizin, Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsi zəruriliyini bildiriblər.

Çıxışlarda dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkədə aparılan islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, geniş vüsət alan abadlıq və quruculuq işləri barədə söhbət açılıb. Vurğulanıb ki, multikulturalizm Azərbaycanda həyat tərzinə çevrilib. Bütün dinlərin nümayəndələrinə, fərqli mədəniyyətlərə mənsub vətəndaşlara bərabər şərait yaradılıb. Ölkəmizdəki tolerant mühitdən hər kəs yetərincə bəhrələnir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.