CƏMİYYƏT


“Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar” statistik məcmuəsinin 2016-cı il nömrəsi çapdan çıxıb

A+ A

Bakı, 26 iyul, AZƏRTAC 

“Azərbaycanda cinayətkarlıq və hüquqpozmalar” statistik məcmuəsinin 2016-cı il nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, məcmuədə Azərbaycanda hüquq statistikasının ümumiləşdirilmiş məlumatları əksini tapıb. Statistik məcmuədə 2015-ci ildə Azərbaycan Respublikasının hüquq mühafizə sisteminin fəaliyyətinin nəticələrini əvvəlki illərlə müqayisəli şəkildə xarakterizə edən əsas göstəricilər dərc edilib.

Nəşrin ilk səhifələrində Azərbaycan Respublikası ilə bağlı ümumi, coğrafi məlumatlar, eləcə də milli bayramlarımız qeyd olunub. Bundan başqa, məcmuədə yer almış xəritələrdə və qrafiklərdə müxtəlif sahələrə aid göstəricilər diqqətə çatdırılıb.

Məcmuə Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə nazirliklərinin və prokurorluq orqanlarının məlumatları əsasında hazırlanıb. Statistik topluda, həmçinin yanğınlar haqqında Fövqəladə Hallar Nazirliyinin məlumatları da yer alıb.

Nəşr 2000-2015-cü illər üzrə əsas demoqrafik göstəriciləri, növlərə və sahələrə görə qeydə alınmış cinayətləri, cins və yaş üzrə cinayət törətmiş şəxsləri, məhkum olunanları, prokurorluq orqanlarının işini, yol-nəqliyyat hadisələrini, baş vermiş yanğınları və Azərbaycan Respublikasının regionlarında cinayətkarlığı, eləcə də digər məlumatları xarakterizə edən bir sıra göstəriciləri özündə əks etdirir.

Statistik toplunun son səhifəsində hüquq sistemində istifadə olunan termin və ifadələrin metodoloji izahı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.