ELM VƏ TEXNOLOGİYA


Azərbaycanda doktorantura təhsili Avropa tələblərinə uyğun yenidən qurulur

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (AMEA) Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı – Nizami” layihəsi həyata keçirilir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılmasıdır. Hazırda layihə çərçivəsində AMEA-da və respublikanın ali təhsil müəssisələrində doktorluq təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması üçün yeni model hazırlanır.

Layihənin baş əlaqələndiricisi Fransanın Monpelye Universitetidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.