İQTİSADİYYAT
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,2 faiz artıb
Bakı, 16 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 3387,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, artımın 55,6 faizini hüquqi şəxslər təmin edib. Onlar tərəfindən əhaliyə 2492,4 milyon manatlıq xidmət göstərilib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisini 0,9 faiz üstələyib.
Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 352,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:12]
“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib
- 26.04.2024 [11:14]
XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib
- 26.04.2024 [10:09]
Dünya birjalarında neft bahalaşıb
- 26.04.2024 [10:08]