Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunan milli dialoqun yekunlarına dair konfrans keçirilib

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş milli dialoqun yekunlarına dair konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 200 milyonu aşması, ekoloji və təbii resurların istifadəsi və tükənməsi problemləri fonunda insan həyatı üçün yarana biləcək təhdidlərin qarşısının alınması ideyası bəşəriyyətin gələcək konsepsiyasının əsasını təşkil edir. Bu baxımdan BƏT-in baş direktoru Qay Rayder tərəfindən BƏT-in 104-cü sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir. Əminliklə qeyd etmək olar ki, yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır. Məlumdur ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması və yeni texnologiyaların tətbiqi əmək bazarının inkişafında həlledici rol oynayır. Artıq Cənubi Koreyada hər 10 min işçiyə 478, Yaponiyada 315, Almaniyada 292, ABŞ-da 164 robot düşür və bu say sürətlə artır. Hətta insan resurslarının bolluğu ilə seçilən Çində bu sahədə ən yüksək artım müşahidə olunur. Dəyişikliklər prosesi elə sürətlə və elə miqyasda baş verir ki, artıq əmək sferasının da transformasiyasına səbəb olur. Həm də təəssüf ki, bu transformasiya, BƏT-in baş katibinin məruzəsində qeyd edildiyi kimi, dəyişikliklərin vektorunun sosial ədaləti təmin etmək tərəfə deyil, əks istiqamətə yönəldiyi bir şəraitdə baş verir.

S.Müslümov qeyd edib ki, qlobal iqtisadiyyatda istehsal gücləri insanların tələbatını ödəməyə və yoxsulluğu aradan qaldırmağa imkan verdiyi halda, bu iqtisadiyyatın daxili mexanizmləri kütləvi işsizlik və tam olmayan məşğulluq doğurur, geniş miqyaslı sosial təcridolunmaya səbəb olur, amma eyni zamanda sosial sahədə uğurlar əldə etməyə də imkan verir. Son 40 ildə əməyin ÜDM-də payı inkişaf etmiş ölkələr üzrə 75 faizdən 65 faizə qədər azalıb. Səviyyəli sosial müdafiə ilə dünya əhalisinin cəmi 27 faizi əhatə olunur. Son 25 ildə beynəlxalq miqrasiya 50 faizdən çox artaraq hazırda 232 milyon kişi və qadını əhatə edir. Onların çoxu da qəbul edildikləri ölkələrdə yüksək işsizlik və tam sosial müdafiəsizliklə, bəzən isə açıq ksenofobiya və rasizmlə üz-üzə qalırlar.

S.Müslümov vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkədə sosial-iqtisadi islahatların yeni mərhələsinə start verilib. Dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranının iqtisadiyyatımıza obyektiv səbəblərdən göstərdiyi mənfi təsirə baxmayaraq, görülən kompleks tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, qeyri-neft sənayesi 5 faiz, o cümlədən kənd təsərrüfatı 2,6 faiz artmışdır. Son 10 il ərzində isə ölkənin ümumi daxili məhsulu 3 dəfədən çox artmış, 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılmış, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə və orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artmış, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılmışdır.

Nazir bildirib ki, “Əməyin gələcəyi” konsepsiyasından irəli gələn təşəbbüslər, xüsusilə davamlı insan inkişafının təmin edilməsi məsələləri milli səviyyədə müzakirələrin mərkəzində dayanır. Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramı sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti bir addımdır. Beynəlxalq əmək normalarının və əmək münasibətləri sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialoqun inkişafı, səmərəli aktiv əmək bazarı proqramlarının həyata keçirilməsi vasitəsi ilə məşğulluğun artırılması, sahibkarlıq imkanlarının genişləndirilməsi və sosial müdafiə sisteminin gücləndirilməsi Ölkə Proqramının prioritetlərini təşkil edir.

S.Müslümov nəzərə çatdırıb ki, Azərbaycanda “Əməyin gələcəyi” təşəbbüsü ilk növbədə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada müzakirə olunub. Komissiyada həmin təşəbbüs üzrə geniş müzakirələrin keçirilməsi üçün milli prioritetlər əsasında 4 mövzu (“Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri”, “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri”, “Layiqli əməyin cəmiyyətin rifahında rolu” və “Təhsilin və təlimin əmək bazarının inkişafında rolu”) müəyyən olunub. Aidiyyəti dövlət orqanlarının, sosial tərəfdaşların, elm və təhsil ocaqlarının, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə həmin mövzularda Azərbaycanda əmək sferasının gələcək perspektivləri ətrafında müzakirələr aparılıb.

S.Müslümov “Əməyin gələcəyi” təşəbbüsü üzrə müzakirə mövzularının təsadüfən seçilmədiyini qeyd edib. “Ölkədə mövcud olan demoqrafik vəziyyət və inkişaf tendensiyaları dövlətin əmək ehtiyatlarının, o cümlədən istehsal qüvvələrinin formalaşmasına və yerləşməsinə təsir edən əsas amillərdən biridir: “Hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir. 2016-cı ilin məlumatına əsasən əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz, uşaqların (0-14 yaşda) payı 22,5 faiz, 15-64 yaş qrupunun payı 71,3 faiz, 65 yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil etmişdir. Lakin hesablamalar göstərir ki, 1990-2016-cı illər ərzində kiçik, yəni 0-14 yaş qrupunda olanların sayının 8,3 faiz azalması, 65 yaş və yuxarı yaşda olan əhalinin sayının isə 67,3 faiz artması və bu təbəqənin xüsusi çəkisinin 4,8 faizdən 6,2 faizə qədər yüksəlməsi əhalinin yaşlaşma meyilinin mövcudluğunu göstərir. 1990-cı ildən ümumi demoqrafik yük əmsalı 1,7 dəfə azalaraq 2016-cı ilin əvvəlinə 15-64 yaşda hər 100 nəfərə düşən himayədə (0-14 və 65+ yaş qruplarında) olanların sayı 40 nəfərə çatmışdır”: deyə nazir əlavə edib.

Nazir diqqətə çatdırıb ki, son illərdə müşahidə olunan demoqrafik meyillərə əsasən Azərbaycan Respublikasında əhali sayının artımı davam edəcəkdir. Proqnozlara görə, Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənilir: “Bununla yanaşı, əhalinin ümumi sayında 0-14 yaş qrupunda olanların payının 9,6 faiz azalması, 15-64 yaş qrupunda 5 faiz, 65 və yuxarı yaşlarda əhalinin sayının isə 3,5 dəfəyədək artması proqnozlaşdırılır. Beləliklə, ölkədə 65 və yuxarı yaş qrupunun əhalinin ümumi strukturundakı bugünkü artım tendensiyasının saxlanılması və əhalinin bu kateqoriyasının xüsusi çəkisinin 2015-ci ildəki 6,2 faizdən 2050-ci ildə 22 faizə çatması, gələcəkdə demoqrafik yük əmsalı göstəricisinin 63-ə qədər artmasını şərtləndirəcək və əmək, məşğulluq, sosial təminat, xüsusilə təqaüd sistemində yeni tələblərə cavab verəcək dəyişikliklərin olunmasını zəruri edəcəkdir. Azərbaycan hökuməti pensiya qanunvericiliyində edilən dəyişiklərlə artıq bu prosesə start verib”.

Miqrasiyanın müasir dünyada sosial-iqtisadi, həmçinin siyasi proseslərin ayrılmaz hissəsi olduğunu və əmək bazarına təsirini qeyd edən S.Müslümov bildirib ki, gələcəkdə texnika və texnologiyalarda baş verəcək dərin dəyişikliklər, kütləvi kompyuterləşmə və proqramlaşdırma şəraitində yeni bacarıq və kompetensiyaların müəyyən olunması, bunun əsasında təhsil sisteminin məhz bu perspektiv peşələrə dönüşü və robotlaşdırılmış iqtisadiyyatın tələblərinə cavab verə biləcək kadr potensialının formalaşdırılması gələcək əmək bazarının inkişafının yeni keyfiyyət mərhələsini səciyyələndirəcəkdir.

Tədbirdə Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli əməyin gələcək sferasında baş verə biləcək dəyişikliklərin qlobal miqyasda əsas müzakirə mövzularından olduğunu qeyd edib. Komitə sədri bu gün Azərbaycanda uzunmüddətli sosial-iqtisadi inkişafın təmin olunması üçün aparılan siyasətin eyni zamanda əmək bazarının gələcək inkişafına yönəldiyini bildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev əməyin gələcək sferası ilə bağlı ölkəmizdə milli dialoq çərçivəsində aparılan müzakirələrin əhəmiyyətindən bəhs edib.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının sədri Məmməd Musayev müasir texnologiyaların iqtisadiyyatda geniş tətbiqinin işçi qüvvəsinin də rəqabət qabiliyyətinin artırılması tələbini getdikcə gücləndirdiyini vurğulayıb.

BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Köler Azərbaycanda “Əməyin gələcəyi” təşəbbüsünə uyğun keçirilən tədbirləri, habelə müzakirə üçün müəyyən edilmiş mövzuları yüksək dəyərləndirib.

Konfransda BƏT-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Bürosunun məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin “Gələcəyin əmək sferası”, BƏT-in baş təlimçisi Azad Rəhimov “Məşğulluq və inkişaf təlimçilərinin peşəkar qurumunun yaradılması” təqdimatları ilə çıxış ediblər.

Tədbirdə həmçinin “Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri” mövzusunda panel müzakirələrin nəticələri təqdim edilib. Konfrans yerli ekspert Emil Əsgərovun “Əməyin gələcəyi” mövzusunda təqdimatı, “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri”, “Layiqli əməyin təmin olunmasında həmkarlar təşkilatlarının rolu”, “Təhsilin və təlimin əmək bazarının inkişafında rolu” mövzularında panel müzakirələrin nəticələrinin təqdim olunması və müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar