REGİONLAR


Azərbaycanda ən aşağı kredit faiz dərəcəsi Naxçıvanda qeydə alınıb

Naxçıvan, 17 may, AZƏRTAC 

Real sektorun inkişaf etdirilməsi məqsədilə maliyyələşdirmə mexanizmini uğurla həyata keçirən muxtar respublikanın bank sektoru təklif olunan kreditlərə ən aşağı faiz dərəcəsini tətbiq etməklə ölkənin digər regionlarını geridə qoyub.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin ötən dövründə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 9 faiz təşkil edib. Bu göstərici Bakı şəhəri də daxil olmaqla, ölkənin digər regionlarında verilmiş kreditlər üzrə tətbiq olunan ən aşağı faiz dərəcəsidir. Belə ki, Aran iqtisadi rayonunda bu göstərici 22,2 faiz, Dağlıq Şirvan iqtisadi rayonunda 21,8 faiz, Şəki-Zaqatala iqtisadi rayonunda 21,6 faiz, Lənkəran iqtisadi rayonunda 21,5 faiz, Quba-Xaçmaz iqtisadi rayonunda 19,2 faiz, Gəncə-Qazax iqtisadi rayonunda 19,1 faiz, Yuxarı Qarabağ iqtisadi rayonunda 17,4 faiz, Abşeron iqtisadi rayonunda 15,9 faiz, Bakı şəhərində 9,1 faiz təşkil edib. Ölkə üzrə kreditlərin orta faiz dərəcəsi isə 2017-ci ilin 1 aprel tarixinə 10,6 faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.