İQTİSADİYYAT
“Azərbaycanda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları” statistik məcmuəsi nəşr olunub
Bakı, 20 sentyabr (AZƏRTAC). Dövlət Statistika Komitəsi tərəfindən “Azərbaycanda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları” statistik məcmuəsi nəşr olunub.
AZƏRTAC xəbər verir ki, məcmuədə Azərbaycanda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatlarının vəziyyətini əks etdirən məlumatlar əksini tapıb. Eyni zamanda, ölkədəki demoqrafik vəziyyət, əhalinin sağlamlığı, torpaq ehtiyatları, meşə resursları və onların qorunması, dövlət təbiət qoruqları və s. haqqında yazılar yer alıb.
Məlumatların elektron versiyasını DSK-nın veb-portalının "Ətraf mühitin mühafizəsi" və "Kənd, meşə və balıqçılıq təsərrüfatı" bölmələrindən, nəşr versiyasını isə "Azərbaycanda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları, 2014" (1.74 MB) linki vasitəsilə əldə etmək olar.