İQTİSADİYYAT


Azərbaycanda fəaliyyət göstərən şirkətlər və Auditorlar Palatasının üzvləri üçün təlim keçiriləcək

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 29-da Auditorlar Palatasında “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) əsasında konsolidə edilmiş maliyyə hesabatlarının praktikası” və “Korporasiyadaxili fırıldaqçılıq və dələduzluqla mübarizə, mühasibat uçotu məlumatlarının bilərəkdən təhrif edilməsi əlamətlərinin aşkar olunması” mövzularında təlim keçiriləcək.

AZƏRTAC Auditorlar Palatasına istinadla xəbər verir ki, təlim ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq standartların tətbiqinin təmin edilməsi və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə təşkil olunur.

Təlimlər "Ernst & Yanq" beynəlxalq auditor şirkətinin, "Barattson School of Business & Finance" tədris mərkəzinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən aparılacaq.

Təlimdə dövlət, özəl şirkət, müəssisə və təşkilatların mütəxəssisləri iştirak edəcəklər. Sonda maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanmasının metodologiyası, Milli Mühasibat Uçotu Standartlarına əsasən hazırlanmış maliyyə hesabatlarının MHBS-lərə transferi texnologiyası tədris olunacaq, mühasibat-maliyyə mövzusunda dinləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.