CƏMİYYƏT


Azərbaycanda fərdi uçot sistemində 32 min 836 nəfər əcnəbi qeydiyyatdadır

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Ölkəmizin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınması prosesi davam etdirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin avqust ayında əlavə olaraq 305 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb. Sistemin əhatə etdiyi xarici ölkə vətəndaşlarının sayı cari ilin sentyabrın 1-nə olan statistikaya əsasən 32 min 836 nəfər təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.5 faiz çoxdur. Sistemdə qeydiyyata alınmış əcnəbilərin 88.4 faizi kişilər, qalanları qadınlardır.

Fərdi şəxsi hesabı olan əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər. Onların sırasında say çoxluğuna görə əvvəllərdə olduğu kimi, yenə də ilk yerləri Türkiyə (15 min 257 nəfər), Gürcüstan (3 min 209 nəfər), Rusiya (1 min 880) vətəndaşları tutur.

Sistemdə Özbəkistan (1752 nəfər), Hindistan (1382 nəfər), İran (1032 nəfər), Çin (909 nəfər), Banqladeş (798 nəfər), Pakistan (690 nəfər), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (642 nəfər), Ukrayna (539 nəfər), Türkmənistan (315 nəfər), Filippin (293 nəfər), ABŞ (283 nəfər), Almaniya (266 nəfər), Qazaxıstan (250 nəfər), İtaliya (213 nəfər) və s. ölkələrin vətəndaşları da qeydiyyatdadır.

AZƏRTAC-0—ZƏ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.