İQTİSADİYYAT


Azərbaycanda fındıqçılığın inkişaf perspektivləri müzakirə olunub

Bakı, 9 avqust, AZƏRTAC 

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov “Ferrero” şirkətinin aqrobiznes koordinatoru Daniel Dellaça ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi Azərbaycanda fındıqçılığın inkişaf perspektivləri, əməkdaşlığın qurulması ilə bağlı müzakirələrin aparılması olub.

Görüşdə çıxış edən Heydər Əsədov dövlətimizin başçısının fındıqçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən respublikamızda həyata keçirilən tədbirlər və əldə olunmuş uğurlar barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə fındıqçılığın inkişafı üçün böyük potensial var, fermer və sahibkarlar ən çox valyuta gətirən strateji məhsullar arasında olan fındığın becərilməsinə, fındıq bağlarının salınmasına böyük maraq göstərir.

Nazir, həmçinin ölkəmizin coğrafi-iqlim şəraitinin bu sahənin inkişafı üçün əlverişli olduğunu bildirərək deyib: “Fındıq istehsalı kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. Bununla yanaşı, məhsulun artırılması məqsədi ilə dövlət tərəfindən fındıq istehsalçılarına güzəştli kreditlər verilir, fındıq pöhrələri alınaraq fermerlərə pulsuz paylanılır. Bu isə yeni bağların salınmasına, fındıq istehsalının daha da artırılmasına geniş imkanlar açır”.

“Ferrero” şirkətinin aqrobiznes koordinatoru Daniel Dellaça təmsil etdiyi şirkətin Azərbaycanda fındıqçılığın inkişafına önəm verdiyini və bu sahədə əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.