İDMAN


Azərbaycanda futbolla məşğul olanların sayı 100 minə çatıb

A+ A

Bakı, 3 sentyabr, AZƏRTAC 

Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvarından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb.

AZƏRTAC xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 100 min nəfərə çatıb.

Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 100 mininci üzvü U-13 Liqası turnirində çıxış edən Kürdəmir rayonunu təmsil edən “Mürtülü” komandasının üzvü Məhəmməd Seyidlidir.

Qeydiyyat prosesi “Futbola qoşul” onlayn sistemi vasitəsilə həyata keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.