İQTİSADİYYAT


Azərbaycanda gələn ildən “Transfer qiymətləndirmə” tvinninq layihəsinin icrasına başlanılacaq

Bakı, 26 dekabr, AZƏRTAC

2017-ci ildən Azərbaycanda “Transfer pricing” (transfer qiymətləndirmə) tvinninq layihəsinin icrasına başlamaq planlaşdırılır.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, indiyədək bu sahə üzrə elmi seminarlar təşkil olunub, xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə beynəlxalq təcrübədə tətbiq olunan mexanizmlər öyrənilib. Hazırda isə qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi istiqamətində işlər aparılır.

Qeyd olunub ki, transfer qiymətqoyma üzrə qanunvericilik və inzibatçılıq prosedurlarının yaradılması üçün Avropa İttifaqının tvinninq yardım aləti çərçivəsində müvafiq layihənin həyata keçirilməsi və maliyyələşdirilməsi ilə bağlı razılıq əldə olunub.

Sözügedən layihənin icrası şəffaflığın və vergi daxilolmalarının həcminin artmasına xidmət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.