CƏMİYYƏT


Azərbaycanda gənclər siyasətinin banisi ümummilli lider Heydər Əliyevdir

Bakı, 12 dekabr, AZƏRTAC

Gənclərə daim diqqət göstərən, onların qayğısına qalan, problemlərinin həllinə xüsusi əhəmiyyət verən Ümummilli Lider həmişə xalqına arxalanıb, onun gəncliyinə böyük ümidlər bəsləyib.

Bu sözləri dekabrın 12-də ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş Bakı sakini Fidan Heydərova AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.