İQTİSADİYYAT
Azərbaycanda gömrük islahatları nəticəsində türk iş adamlarının fəaliyyəti daha da yaxşılaşıb
Bakı, 29 aprel, Elvin Camalov, AZƏRTAC
Azərbaycanda gömrük islahatları nəticəsində 2016-cı ilin yanvar ayından türk iş adamlarının fəaliyyəti daha da yaxşılaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 29-da Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) yığıncağı zamanı TÜİB-nin idarə heyətinin sədri Ali İhsan Genç deyib.
O bildirib ki, Azərbaycanın gömrük sistemində apardığı islahatlar nəticəsində 2016-cı ilin yanvar ayından bütün iş adamlarının, o cümlədən türk iş adamlarının fəaliyyəti daha da yaxşılaşdırılıb. Həmçinin vergi sahəsində də 2017-ci ildən başlayaraq böyük sıçrayışlar olub. Türk iş adamları öz fəaliyyətləri və vicdanları ilə vergilərini daim zamanında ödəyəcək.