Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda güclü potensiala malik meliorasiya və su təsərrüfatı kompleksi yaradılıb

Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramlarını qeyd ediblər

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar cəmiyyətlərinin kollektivləri 5 İyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramını qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, peşə bayramı münasibətilə Bakı Biznes Mərkəzində “Ümummilli lider Heydər Əliyev Azərbaycanın su təsərrüfatı və meliorasiya sahəsinin yaradıcısı və müəllifidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun çıxışları dinlənilib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ölkədə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və tarixi xidmətlərinin olduğunu qeyd edərək bildirdi ki, qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, bu sahənin əsas inkişafına Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunub. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət alıb, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilib, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artıb. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər vəzifədən getdikdən sonra kənd təsərrüfatı, xüsusilə də meliorasiya və su təsərrüfatı tənəzzülə uğramış və məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı da öz inkişafının yeni mərhələsinə qədəm qoydu: mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ümummilli Liderin göstərişləri əsasında meliorasiya və su təsərrüfatına iri investisiyalar yatırılmağa başlanıldı. Hazırda Prezident İlham Əliyev tərəfindən göstərilən böyük diqqət və qayğı nəticəsində bu sahəyə ayrılan vəsaitin və yerinə yetirilən işlərin həcmi ildən-ilə artır.

Mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarının xeyli yaxşılaşdığını qeyd edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri sahənin maddi-texniki bazasının gücləndirildiyini vurğuladı. Belə ki, son illər 2100-dən çox maşın və mexanizmlər alınıb, 3736 kilometr suvarma kanallarının, 2251 kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilib, 348 min hektar suvarılan torpaqların su təminatı və 239 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb. Həmçinin 55 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 1804 subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı dağ çaylarında 199 kilometr sahilbərkitmə işləri, Kür-Araz çaylarında isə 900 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib. Aqrar sektorun inkişafında mühüm rol oynayan üç nəhəng infrastruktur layihəsi - Taxtakörpü və Şəmkirçay su anbarlarının SES-lə birlikdə, Tovuzçay su anbarının, eləcə də Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr qısa müddətdə başa çatdırılıb.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin 2016-cı ildəki fəaliyyəti barədə danışan Ə.Əhmədzadə dedi: “Dünya Bankının krediti ilə həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində 9606 hektar torpaq sahəsində, o cümlədən Saatlı (3240 hektar), Sabirabad (3137 hektar) və Zərdab (3229 hektar) rayonlarının ərazilərində suvarma və drenaj şəbəkələrinin bərpası və yenidən qurulması işləri başa çatdırılıb. Eyni zamanda, Bankın krediti ilə “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 6 rayonunda (Şabran, Siyəzən, Masallı, Yardımlı, Cəlilabad, Lerik) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib. Layihə çərçivəsində 86,4 kilometr içməli su xətləri və 43,9 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilib. Masallı və Cəlilabad şəhərlərini içməli su ilə təmin etmək məqsədi ilə sutkalıq gücü 22 min kubmetr olan içməli sutəmizləyici qurğunun tikintisi, mexaniki və elektromexaniki avadanlıqların quraşdırılması üzrə işlər tam başa çatdırılıb”.

Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Qusarçay və Caqacuqçay çayları üzərində sugötürücü qurğuların və 14653 metr nəqledici kanalların qurğularla birlikdə tikintisi başa çatdırılaraq, Samur-Abşeron kanalına əlavə suyun verilməsi təmin olunub. Eyni zamanda, Xızı və Şabran rayonlarında 2863 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün kompleks meliorativ tədbirlərin aparılması və 740 hektar mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması üçün tikinti işləri tamamlanıb.

“Şəmkirçay çayı üzərində dəryaçanın tikintisi” kompleks layihəsi üzrə Göygöl rayonunda 3000 hektar ərazidə mütərəqqi suvarma texnikasının tətbiqinə imkan verən 24,74 kilometr uzunluğunda müxtəlif diametrli şüşə lifli paylayıcı və polietilen suvarma boru kəmərlərinin tikintisi işləri yerinə yetirilib. Bu barədə məlumat verən Ə.Əhmədzadə qeyd etdi ki, Şəmkirçay su anbarının istismara verilməsi ilə Şəmkir və Samux rayonlarında 16 min hektardan çox əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. Eyni zamanda, layihə çərçivəsində Goranboy və Samux rayonlarının 8000 hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün Şəmkir maşın kanalının ikinci növbəsinin 8,55 kilometrlik hissəsinin üzərindəki hidrotexniki qurğularla birlikdə tikintisi tamamlanıb. Tovuzçay su anbarının tikilməsi isə 18465 hektar, o cümlədən Tovuz rayonunda 15526 hektar, Şəmkir rayonunda isə 2939 hektar torpaqların su təminatını yaxşılaşdırıb.

Məlumat verildi ki, respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 386 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılıb. Hazırda respublikanın su anbarlarında 15,5 milyard kubmetr su yığılıb ki, bu da kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasına şərait yaradacaq. Sudan istifadə planına əsasən, 2017-ci ildə, ümumilikdə, 1 milyon 416 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarılması nəzərdə tutulub. İyunun 1-nə 546 min hektar sahədə taxıl orta hesabla 2,3 dəfə suvarılıb.

Sonra çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli içməli su ilə təchizatı istiqamətində bir sıra layihələrin uğurla başa çatdırıldığını, digər layihələrin isə hazırda davam etdirildiyini bildirdi. Qeyd olundu ki, ölkə əhalisinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindəndir.

“Ulu öndər Heydər Əliyevin təşəbbüskarı olduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi Bakı şəhərinin içməli su təchizatında müstəsna əhəmiyyət daşıyır. 2010-cu ildə istismara verilmiş kəmər Azərbaycanın müstəqillik illərinin ən böyük infrastruktur layihəsi kimi tarixə düşüb”, - deyən Q.Hüseynov bildirdi ki, Bakı şəhəri və Abşeron yarımadasının 2035-ci ilə perspektiv inkişafı nəzərə alınmaqla su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb və bu istiqamətdə işlərə başlanılıb. Master Planın su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin tikintisi 2015-ci ildə yekunlaşıb. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən kompleks 2016-cı ildə Əbu-Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli layihələrindən biri seçilib. Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, 51 qəsəbədə infrastrukturun yaradılması və yenidən qurulması işləri görülüb.

Q.Hüseynov qeyd etdi ki, Abşeron yarımadasında yeni kollektor və xətlərin, tullantı sularının təmizlənməsi üçün qurğuların tikintisi, mövcud xətlərin rekonstruksiyası, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İnnovativ texnologiyalardan istifadə edilməklə 14 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kollektorunun istismara verilməsi ilə Bayraq meydanından başlayaraq Lökbatan dairəsinə qədər ərazidə Xəzər dənizinə axıdılan tullantı sularının qarşısı tam alınıb.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası uğurla davam etdirilir. Q.Hüseynov bildirdi ki, su-kanalizasiya layihələrinin icrasına başlanılmış 44 şəhər və rayon mərkəzinin 20-də həm su, həm də kanalizasiya şəbəkəsinin, 8-də isə su şəbəkəsinin tikintisi başa çatdırılıb. Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərlərinin tikintisi layihələrinin həyata keçirilməsi nəticəsində Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Sabirabad və Saatlı şəhərlərinə Kür sutəmizləyici qurğularından içməli suyun verilməsi təmin edilib. Mərkəzi Aran bölgəsinin suya daha çox ehtiyacı olan yaşayış məntəqələrinin su təchizatına hesablanmış Külüllü layihəsinin icrası nəticəsində Kürdəmir, Ucar, Zərdab və Ağsu şəhərlərinin, həmçinin bir sıra kəndlərin içməli su problemi tam həllini tapıb.

Eyni zamanda, Lənkəran, Astara şəhərlərini və 39 kəndi su ilə təmin etmək üçün Xanbulançay anbarının sahilində məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğu inşa edilib. Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu istismara verilib.

“Şəmkirçay su anbarının istismara verilməsi qərb bölgəsinin içməli su və suvarma suyu ilə təminatında böyük rol oynayır”, - deyən Q.Hüseynov vurğuladı ki, bu mənbədən Gəncə şəhərinə qədər 24,5 kilometr, Şəmkir şəhərinə isə 16,5 kilometr uzunluğunda su kəmərləri çəkilib. Respublikanın ikinci böyük şəhəri olan Gəncənin digər su mənbələrində - Qızılqaya və Göygöldə yeni suqəbuledici qurğular inşa olunub və şəhərə suyun verilməsi təmin edilib.

Şəhər və rayon mərkəzləri ilə yanaşı, 360 mindən çox əhalisi olan 350-dən artıq kəndin içməli su təminatı yaxşılaşdırılıb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə və “Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonun 13 kəndində 10 min nəfərin su problemi həll olunub.

Q.Hüseynov bildirdi ki, hazırda respublikanın 22 rayonunun 170 yaşayış məntəqəsində 267 min nəfərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Sərhədyanı yaşayış məntəqələrində, ucqar kəndlərdə, cəbhə bölgəsində yerləşən ərazilərdə, məcburi köçkün düşərgələrində həyata keçirilən layihələr müstəqil Azərbaycan dövlətinin insanların sağlamlığına və sosial rifahın yüksəldilməsinə hesablanmış siyasətinin təzahürüdür.

“Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması və ixrac potensialının artırılması barədə dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Zərdab, Hacıqabul və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə layihələr icra edilir. Zərdab rayonunda 10 min hektar sahənin suvarılması məqsədilə Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, 15 kilometr magistral su xətti tikilib. Eyni zamanda, Hacıqabul və Şamaxı rayonlarında Padarçöl adlanan ərazidə 10 min hektar ərazidə suvarma layihəsinin icrasına başlanılıb, Kür sutəmizləyici qurğularından 27 kilometr uzunluğunda magistral kəmərin və digər infrastrukturun inşası isə davam etdirilir”, - deyə Q.Hüseynov vurğuladı.

Məlumat verildi ki, fəaliyyəti dövründə “Azərsu” ASC tərəfindən 7500 kilometr magistral və paylayıcı su xətti, 2800 kilometr kanalizasiya kollektoru və xətti, 4 sutəmizləyici qurğu, 221 su anbarı, 110 su və kanalizasiya-nasos stansiyası tikilib, 292 artezian və subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfədən çox artaraq 4 milyon 500 min nəfəri ötüb. Hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 65,9 faizi, Bakı şəhərində isə 80,8 faizi fasiləsiz içməli su ilə təmin edilir.

Konfransda Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov çıxış edərək, əhalinin içməli su ilə təminatında, kənd təsərrüfatının inkişafında infrastruktur layihələrinin əhəmiyyətindən danışdı, görülən işlərin önəmini vurğuladı. Bildirdi ki, infrastruktur layihələri arasında su ilə təchizat xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə uğurlu addımlar atılmaqdadır. Lakin görüləsi hələ çox iş var və şübhə yoxdur ki, qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək.

Sonra Azər Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşın fəxri adlar və medallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxudu.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Baş nazirin müşaviri Musa Məmmədov, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov, Kənd Təsərrüfatı Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev çıxışlarında bildirdilər ki, ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və dəstəyi ilə yaradılmış güclü potensiala malik meliorasiya və su təsərrüfatı kompleksi hazırda Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində daha da inkişaf etdirilir. Çıxışlarda su təsərrüfatı və meliorasiya işçilərinin bu diqqət və qayğıya əməli işləri ilə cavab verəcəklərinə əminlik ifadə olundu, qarşıda duran vəzifələrdən danışıldı.

Sonra elmi-praktik konfransın iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.

Konfrans su təsərrüfatı və meliorasiya sahəsində görülən işlərdən bəhs edən filmin nümayişi ilə yekunlaşdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib