CƏMİYYƏT
Azərbaycanda güclü zəlzələ baş verib [YENİLƏNİB] VİDEO
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də yerli vaxtla saat 09:49-da Şəki rayonu ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Şəkidən 29 kilometr cənub-şərqdə qeydə alınan yeraltı təkan episentrdə 7 bala qədər, ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı isə 13 kilometr dərinlikdə olub.
X X X
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bu gün daha bir zəlzələ yerli vaxtla 09:55-də Oğuz rayonu ərazisində, Şəkidən 23 kilometr cənub–şərqdə baş verib. Maqnitudası 3,2, dərinliyi 23 kilometr olan zəlzələ hiss edilməyib.
X X X
Yerli vaxtla saat 14:38-də Şəkidən 27 kilometr cənub-şərqdə Oğuz ərazisində ikinci zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, maqnitudası 3,3 olan, 20 kilometr dərinlikdə baş verən yeraltı təkan hiss edilməyib.