İQTİSADİYYAT
Azərbaycanda ilin əvvəlindən 375 Sanksiyalaşdırılmamış kompyuter insidenti qeydə alınıb
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompyuter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə fevral ayında 192 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qeyd edilən insidentlərin 174-nün qarşısı alınıb. Bu ilin yanvar ayı ilə müqayisədə insidentlərin sayı 4,7 faiz artıb. İlin əvvəlindən ölkədə 375 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına fevral ayında 57 audit raportu göndərilib, bu da yanvarda həyata keçirilmiş auditlərin sayından 73,7 faiz çoxdur. Ötən iki ay ərzində “cert.gov.az” tərəfindən yeni domen qeydə alınmayıb, subdomenlərin sayı yanvarda 6, fevralda isə 5 subdomen təşkil edib.
Ötən il Azərbaycanda 1582 sanksiyalaşdırılmamış insident qeydə alınıb. Onlardan 1558-nin qarşısı alınıb.