MƏDƏNİYYƏT


Azərbaycanda ilk dəfə “Mercedes-Benz Fashion Week Baku” keçiriləcək

Bakı, 23 may, AZƏRTAC

Mayın 24-dən 28-dək Azərbaycanda ilk dəfə “Mercedes-Benz Fashion Week Baku” moda həftəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, moda həftəsi çərçivəsində yerli dizaynerlərə aparıcı dəb jurnalları və beynəlxalq bayerlərlə təcrübə mübadiləsi üçün şərait yaradılacaq. Bakı isə öz növbəsində alış-veriş və yerli mədəniyyətlə tanışlıq üçün gündən-günə daha çox tərəfdar toplamaqdadır. “Mercedes-Benz Fashion Week Baku” paytaxtda keçirilən tədbirlərin uğurlu davamı kimi bu siyahıya təsadüfən daxil edilməyib. Belə ki, Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə, Özbəkistan və digər ölkələrdən 16 dizaynerin əl işi “Passaj 1901”in podiumunda təqdim olunacaq. Dəfilə çərçivəsində payız-qış 2017/2018 kolleksiyaları nümayiş etdiriləcək.

Beynəlxalq layihədə xarici yarışmaların daimi iştirakçısı, Londonda Qraf Tolstoya həsr olunan bala dəvət edilmiş Sibirin yeganə rəssam-modelyeri Svetlana Bekareva, türkiyəli Raşit Bağzıbağlı, ukraynalı modelyerlər Kaxo, GiGU, Liza Manner, Özbəkistan təmsilçiləri Sabina Nazer, Anor Atelier, Behzod Saitov (Sharq Liboslari) iştirak edəcəklər.

“Mercedes-Benz Fashion Week Baku” çərçivəsində yerli dizaynerlərdən Gülnarə Xəlilova və “Proje” komandası öz kolleksiyalarını nümayiş etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.