CƏMİYYƏT


Azərbaycanda ilk dəfə trans-telefon EKQ sistemi tətbiq edilib

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycanda ilk dəfə trans-telefon EKQ sistemi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında tətbiq edilib.

Bu barədə AZƏRTAC-a klinikanın kardioloqu Fərid Əliyev məlumat verib.

Cihazın əsas xüsusiyyətlərindən danışan Fərid Əliyev bildirib ki, bu, normal EKQ sistemi olmaqla, həm də xəstənin üzərində daşına bilir. “Sistem mobil telefon vasitəsilə idarə olunur və xəstənin yerindən asılı olmayaraq GSM xətti üzərindən işləyir. Həkim istədiyi zaman xəstə ilə bağlantı quraraq (əsasən internetin və telefonların işlədiyi yerlərdə) onu izləyə bilir. Xəstənin hər hansı şikayəti olduğu halda, bir düyməni basmaqla kardioqram qeydlərini aparır. Bu sistem əsasən nadir şikayətləri olan (3-4 ayda bir) və riskli xəstələr üçün istifadə olunur”.

Həkim bu cihazın mobil şəbəkənin olmadığı yerlərdə xəstə ilə bağlı şikayətləri qeyd etdiyini və mobil şəbəkəyə keçildiyi andan etibarən lazım olan məlumatları birbaşa mərkəzə ötürdüyünü də bildirib.

Fərid Əliyev onu da qeyd edib ki, bu sistem sayəsində xəstədəki ürək ritminin 24 saatlıq nəzarəti uzun müddət (aylıq) aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.