Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı yeni layihə icra olunur

Bakı, 12 iyun, AZƏRTAC

Avropa İttifaqının (Aİ) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliklərinin təşəbbüsü ilə iyunun 12-də “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard layihənin məqsədi barədə danışıb. Qeyd edib ki, Aİ-nin və BMqT-nin Beynəlxalq İnkişaf Fondunun dəstəyi ilə maliyyələşdirilən və iki il müddətində icra olunacaq layihənin məqsədi insan alverinə qarşı səmərəli mübarizədə Azərbaycan hökumətinə dəstəkləmək, onun imkanlarını artırmaq və insan alveri qurbanlarının qorunması işinə töhfə verməkdir.

Malena Mard bildirib ki, Aİ, Azərbaycan hökuməti və BMqT ilə birgə icra ediləcək layihə mütəşəkkil cinayətkarlığın bir forması olan insan alverinə qarşı mübarizəni əsas hədəf kimi nəzərdə tutur. İnsan alverinin qarşının alınması Aİ-nin təhlükəsizliyinin təminində ən vacib məsələlərdən biridir. Avropa İttifaqı Azərbaycanla bir çox sahələrdə və layihələrdə əməkdaşlıq edir. Bu layihə Azərbaycana göstərdiyimiz dəstək çərçivəsində ümumi strategiyanın bir hissəsidir. İnanırıq ki, Aİ-nin Azərbaycanla əməkdaşlıq təcrübəsi layihəni uğurla həyata keçirməyə kömək edəcək və insan alverinə qarşı mübarizəyə öz töhfəsini verəcək.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində aparılan siyasət, bu çərçivədə beynəlxalq əməkdaşlıq məsələləri barədə məlumat verib. Bildirilib ki, BMqT ölkəmizdə 20 illik fəaliyyət dövründə qeyri-qanuni miqrasiya və insan alverinin qarşısının alınmasında dövlət qurumlarının imkanlarının artırılması sahələrində əhəmiyyətli işlər həyata keçirib. Bu layihə isə Azərbaycan, BMqT və Avropa İttifaqı arasında mövcud əməkdaşlıqda yeni səhifədir.

İnsan alverinə qarşı mübarizənin Azərbaycan Respublikasının siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyən M.Məmmədquliyev qeyd edib ki, ölkəmiz bu sahədə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu siyasətin əsasında qabaqlama, müdafiə və təqib prinsipləri durur. Xarici İşlər Nazirliyi layihənin icrası müddətində əlaqələndirici və tərəfdaş qismində çıxış edəcək. Layihə çərçivəsində təlimlərin keçirilməsi, xarici tərəfdaşların iştirakı ilə seminar və “dəyirmi masa”ların təşkili nəzərdə tutulur.

Vurğulanıb ki, layihə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək. Azərbaycan tərəfdaşlıq çərçivəsində Avropa İttifaqı ilə davamlı dialoq və əməkdaşlığın inkişafında maraqlıdır. Tərəfdaşlıq Avropa ölkələrinin ən yaxşı təcrübəsinin öyrənilməsi ilə müvafiq sahələrdə Azərbaycanın potensialının daha da təkmilləşdirilməsinə şərait yaradır. Azərbaycanla Aİ arasında müzakirə olunan yeni strateji saziş layihəsində insan alveri ilə mübarizə məsələsində əməkdaşlığa daha çox diqqət yetirilməsi nəzərdə tutulur. Bu saziş ikitərəfli əlaqələrin inkişafı, Aİ - Azərbaycan əməkdaşlığının gələcəyi üçün mühüm rol oynayacaq.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər, insan alveri qurbanlarının müdafiəsinə dəstək məqsədilə qəbul olunan qanunlar, təsdiq olunan Milli Fəaliyyət planları barədə məlumat verib. H.Heydərov deyib ki, insan alveri əksər dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ciddi transmilli təhdidlərdən biri olaraq qəbul edilir. Bu baxımdan Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq edilmiş Milli Fəaliyyət planları əsasında 2004-cü ildən etibarən həyata keçirilən sistemli tədbirlər sayəsində həmin hüquqazidd əməllərin profilaktikasında və cinayət təqibi üzrə fəaliyyətdə müsbət nəticələr əldə edilib. 2005-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizə haqqında qanun qəbul edilib. Milli Fəaliyyət planları müvəffəqiyyətlə icra olunur. Azərbaycanda insan alverinə qarşı mübarizə məsələsinə daim həssas yanaşılır. Bu növ cinayətlərə qarşı sistemli mübarizə aparılıb, insan alverinin qarşısının alınması, onun cinayət təqibi, qurbanların müdafiəsi, eləcə də yerli və beynəlxalq əməkdaşlıq məsələləri prioritet istiqamətlər olub. Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, habelə insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu əməkdaşlıq daim gücləndirilib. Ümumi cinayətlərin təhlili nəticəsində məlum olur ki, Azərbaycanda insan alveri cinayətləri və onun formaları ilə bağlı qanunsuz hərəkətlərin sayı azdır.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak layihənin əhəmiyyətindən danışıb, Azərbaycanın insan alverinə qarşı mübarizə sahəsində nailiyyətlərini yüksək qiymətləndirib.

Sonra layihənin təqdimatı olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır