İQTİSADİYYAT


Azərbaycanda istehsal edilən məhsul və xidmətlərin ixrac portalı yaradılıb

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasında istehsal edilən məhsul və xidmətlərin ixrac portalı (www.export.az) “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq yaradılıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ixrac portalı xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımdan sahibkarlara dəstək mexanizmidir.

Portalda axtarış sistemi vasitəsilə məhsulun adını və ya gömrük kodunu qeyd etməklə Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları barədə məlumat əldə etmək mümkündür.

Saytın “kataloq” hissəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlər haqqında ümumi məlumat, məhsulların ixrac olunduğu ölkələr, hədəf ölkələri, məhsulların kataloqu, şirkətlərin malik olduğu sertifikatlar və s. kimi məlumatlar əks olunub.

Portaldan istifadə üçün həm yerli, həm də xarici şirkətlər qeydiyyatdan keçməlidirlər. İstifadəçi qeydiyyatdan keçdikdən sonra öz şirkəti və məhsulları barədə məlumatı portala daxil edə və portalda yer alan başqa şirkətlər haqqında tam məlumat əldə edə bilər.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən portalın yaxın vaxtlarda rusdilli versiyasının da istifadəyə verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.