REGİONLAR


Azərbaycanda keçiriləcək II Beynəlxalq dolma festivalının vaxtı müəyyənləşib

Xaçmaz, 30 may, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanda keçiriləcək II Beynəlxalq dolma festivalının vaxtı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, II Beynəlxalq dolma festivalı iyulun 15-də Xaçmaz şəhərində təşkil olunacaq.

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, Xaçmaz şəhərinin şimal girişində yerləşən “Çənlibel” istirahət parkında təşkil olunacaq festivalda bölgələrimizdə, eləcə də dünyanın bir sıra ölkələrində müxtəlif çeşiddə bişirilən 300 növdə dolma sərgilənəcək.

Ötən il olduğu kimi, bu il də festivalın ziyarətçilərinin çox olacağı gözlənilir. Belə ki, beynəlxalq tədbirə Azərbaycanın 50 rayonundan və 10 xarici ölkədən 500-dən çox iştirakçı qatılacaq.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festivalda müxtəlif nominasiya üzrə mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, I Beynəlxalq dolma festivalı 2016-cı il iyulun 1-də Abşeron rayonunda keçirilib.

Festival ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, qədim ənənəyə malik milli mətbəximizin yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.