MƏDƏNİYYƏT
Azərbaycanda keçirilən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin turizmin inkişafında mühüm rolu vardır VİDEO
Bakı, 12 mart (AZƏRTAC). Azərbaycanda keçirilən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin turizmin inkişafında mühüm rolu vardır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir.
“Euronews”, CNN və digər xarici telekanallar ilə əməkdaşlıqdan danışan mədəniyyət və turizm naziri bu tərəfdaşlığın Azərbaycana turist axınının artmasına öz müsbət təsirini göstərdiyini qeyd etmişdir.
Azərbaycanda birinci Avropa Oyunlarının, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, musiqi və idman yarışlarının keçiriləcəyini söyləyən mədəniyyət və turizm naziri 2020-ci ilədək ölkəmizə gələn turistlərin sayının ildə 5 milyon nəfərə çatdırılmasının qarşıya məqsəd qoyulduğunu vurğulamışdır.
Ə.Qarayev son 10 ildə Azərbaycanda turizmdən əldə edilən gəlirlərin əhəmiyyətli dərəcədə artığını bildirərək demişdir: “Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi turizmin inkişafına yol açmışdır. Biz Azərbaycanı dünyaya tanıtmaq üçün müxtəlif texnologiyalardan istifadə edirik”.