CƏMİYYƏT


Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizdə sabitliyin layiqincə qorunmasının əyani təsdiqidir

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycanın bütün bölgələrində polis veteranlarının cinayətkarlıqla mübarizədə, asayişin, əmin-amanlığın qorunmasında, eləcə də gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında fəaliyyətinin güclənməsi müşahidə edilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində nazirliyin Veteranlar Şurasının üzvü, istefada olan polis polkovniki Ramiz Axundov və şəxsi heyətlə iş idarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Elxan Mürsəlov Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Ağcabədi və Daşkəsən rayonlarında səfərdə olub, polis şöbələrinin şəxsi heyəti və həmin bölgələri təmsil edən ictimaiyyətin, gənclər təşkilatlarının nümayəndələri ilə görüşüblər.

Tədbir keçirilən rayonlarda əvvəlcə Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları önünə gül dəstələri qoyulub.

“Milli vətənpərvərlik tərbiyəsi” mövzusunda keçirilən görüşlərdə R.Axundov bildirib ki, Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizdə sabitliyin layiqincə qorunmasının və davamlı inkişafın təmininin əyani təsdiqidir. O, sabahımızın qurucuları olan gənclərin onlara olan etimadı layiqincə doğrultmaları üçün vətənpərvərlik ruhunda tərbiyə olunmalarının əhəmiyyətindən danışıb.

Tədbir iştirakçıları çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin şanlı qəhrəmanlıq tarixi ilə tanışlığın gənclər üçün zəruri olan cəsurluq, şücaət, mərdlik, xalqa və vətənə sədaqət kimi keyfiyyətlər tərbiyə etdiyini diqqətə çatdırıblar. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, aprel döyüşləri zamanı şücaət göstərərək şəhid olmuş mərd oğulların xatirəsini ehtiramla yad ediblər.

Görüşlərdə, həmçinin dini ekstremizmin, radikal cərəyanların, separatçı meyillərin, cəmiyyətin insanlıq əleyhinə cinayət, birgəyaşayış qaydalarına zidd olması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinin zərəri, erkən nikahların fəsadları və digər mövzulara da toxunulub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.