SİYASƏT


Azərbaycanda keçirilən ümumxalq səsverməsi ərəbdilli KİV-lərdə geniş işıqlandırılıb

A+ A

Abu-Dabi, 27 sentyabr, АZƏRTAC

Ərəbdilli KİV-lərdə Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) geniş işıqlandırılıb.

İnformasiyalarda Prezident İlham Əliyevin və ailə üzvlərinin səsvermədə iştirakı, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti, səsvermə prosesi ilə bağlı məlumatlara yer verilib.

“24.ae”, “Ahbarak”, “Fananews” və bir sıra digər media qurumları tərəfindən təqdim olunan xəbərlərdə referendumun yüksək səviyyədə təşkil edilməsi, seçici fəallığı, ümumxalq səsverməsinin ilkin nəticələri və s. məqamlara dair məsələlər oxucuların diqqətinə çatdırılıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.