ELM VƏ TƏHSİL
Azərbaycanda kənd təsərrüfatı üzrə kadrlar hazırlayan peşə məktəbi açılacaq
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatı üzrə kadrlar hazırlayan peşə məktəbi açılacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, yeni peşə məktəbi 2017-ci ilin birinci rübündə Qəbələdə fəaliyyətə başlayacaq. Bu məktəbdə bağçılıq, bitkiçilik, kənd təsərrüfatı texnikası-aqroxidmətlər və digər ixtisaslar öyrədiləcək.
M.Cabbarov qeyd edib ki, BP ilə birgə ölkəmizdə kənd təsərrüfatı üzrə peşə təhsilində yeni ixtisasların yaradılması ilə bağlı həyata keçirilən layihə çərçivəsində ilk pilot rayon kimi Qəbələ seçilib. O deyib: “Layihə uğurlu alınarsa, sonradan bütün ölkə üzrə kənd təsərrüfatı mütəxəssislərinin hazırlanacağı yeni peşə məktəblərinin yaradılması planlaşdırılır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]