İQTİSADİYYAT


Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dair dövlət proqramları beynəlxalq semınarda müzakirə olunub

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzinin direktoru Mərakeşdə Kiçik və Orta Sahibkarlığın İnkişafı və Texnologiyaların Transferi üzrə beynəlxalq seminarda iştirak edib.

Bu barədə AZƏRTAC-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Mərakeşin Kasablanka şəhərində keçirilmiş ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) tərəfindən təşkil olunan və ABŞ Dövlət Departamentinin Orta Şərq Tərəfdaşlığı Təşəbbüsü tərəfindən maliyyələşdirilən Kiçik və Orta Sahibkarlığın İnkişafı və Texnologiyaların Transferi üzrə Orta Şərq və Şimali Afrika Regional Proqramını əhatə edən seminarda Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru vəzifəsini icra edən Günel Sevdimalıyeva iştirak edib. Tədbirdə ABŞ-ın texnologiyaların transferi sahəsində qabaqcıl universitetlərindən biri olan Stanford Universitetinin professorları mövzu üzrə təlim keçirib. Körfəz ölkələrinin (Bəhreyn və Küveyt) və Mərakeşin nümayəndə heyətləri isə ölkələrindəki kiçik və orta sahibkarlığın inkişafı perspektivləri barədə təcrübələrini bölüşüb.

Azərbaycan nümayəndə heyətinin Mərakeşin əqli mülkiyyət təşkilatının (OMPIC) baş direktoru və rəhbər heyəti ilə görüşü keçirilib, OMPIC-in işi, strategiyası, fəaliyyət planı ilə tanış olublar.

Görüşdə kiçik və orta sahibkarlığın inkişafına dair dövlət proqramları, dövlət prosedurları, innovasiyaların təşviqi və texnologiyaya əsaslanmış sahibkarlığın təşviqinə dair mövzular müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.