İQTİSADİYYAT


Azərbaycanda kompyuter və elektron məhsulların istehsalı 23,6 faiz artıb

A+ A

Bakı, 17 iyul, AZƏRTAC 

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda kompyuter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 90,9 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə kompyuter və elektron məhsulların istehsalı 23,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb.

Cari ilin altı ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 2,7 dəfə, güc transformatorların istehsalı 5,2 dəfə artıb. Məişət soyuducularının istehsalı 33,3 faiz, 1 kilovoltdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 95,5 faiz azalıb.

Bununla yanaşı, hesabat dövründə 7,6 min qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatı istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.