RƏSMİ SƏNƏDLƏR


Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Həsənli Sabir Hüseyn oğlu

Əliyev Füzuli Həbib oğlu

Yuşvayev Simax Barux oğlu

Şneor Seqal Yosef oğlu

Nesterov Aleksandr Gennadiyeviç.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır