CƏMİYYƏT


“Azərbaycanda multikulturalizm” mövzusunda seminar

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən “Azərbaycanda multikulturalizm” mövzusunda seminar keçirilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, TTSİ-nin rəisi Fuad Süleymanov seminarın gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

F.Süleymanov Azərbaycanda müxtəlif millətlərə, dinlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması və inkişafı, milli mədəniyyətə inteqrasiyası haqqında məlumat verib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin rəisi Nahid Məmmədov və şöbənin baş məsləhətçisi Mahir Qəniyev Azərbaycanda son dövrlər multikulturalizm sahəsində görülən işlərin ictimai əhəmiyyətindən, ölkədə dini tolerantlıq və azadlığın inkişafından, dini radikalizmin dünyada dağıdıcı rolundan danışıblar.

Sonra iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.