ELM VƏ TƏHSİL


Azərbaycanda multikulturalizm siyasətinə böyük önəm verilir

Bakı, 24 may, Xatirə Cəfərova, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) mədəni müxtəliflik proqramı çərçivəsində “Mədəniyyət günəşi” adlı tədbir keçirilib. Tədbirdə müxtəlif ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev universitetdə hər il mədəni müxtəliflik proqramı çərçivəsində tədbirlər keçirildiyini söyləyib, bu layihələrin əhəmiyyətini qeyd edib.

Bildirilib ki, Azərbaycanda etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək önəm verilir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyası istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bunun əsas göstəricilərindən biridir.

ADU-nun İnformasiya Resurs Kompleksində iki folklor mərkəzi - Əcnəbi Xalqların və Türk Xalqlarının Folklor mərkəzləri fəaliyyət göstərir. Bu qurumların fəaliyyət strategiyası dünya xalqlarının zəngin mədəni irsinin öyrənilməsi, tərcüməsi və Azərbaycanda təbliği, ali təhsil müəssisələrinin tələbə və müəllimlərinin fəal iştirakı ilə mədəniyyətlərarası dialoq tədbirlərinin həyata keçirilməsidir.

Sonra tədbir Azərbaycan, Türkiyə, ABŞ, Çin, Fransa, Özbəkistan, Hindistan, İndoneziya, Yaponiya, İsrail, İspaniya, BƏƏ, Koreya, Norveç, İtaliya və digər ölkələrin müxtəlif təqdimatlarla təmsil olunduğu bədii proqramla davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.