İQTİSADİYYAT
Azərbaycanda nano və nüvə texnologiyaları daha da inkişaf etdiriləcəkdir VİDEO
Bakı, 26 aprel (AZƏRTAC). Azərbaycanda yüksək texnologiyalar, o cümlədən kosmik sənaye, biotexnologiya, elektronika, yeni informasiya texnologiyaları, nano və nüvə texnologiyaları inkişaf etdiriləcəkdir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bidlrimişlər ki, bu işlərin həyata keçirilməsi Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da nəzərdə tutulur.
Milli Strategiyaya əsasən, Azərbaycanın regional informasiya xidmətləri mərkəzinə çevrilməsi və tranzit informasiya xidmətlərinin genişləndirilməsi üçün tədbirlər həyata keçiriləcək, biznes sektorunda informasiya-kommunikasıya texnologiyalarının (İKT) tətbiqi genişləndiriləcək və internet iqtisadiyyatı, o cümlədən elektron ticarət inkişaf etdiriləcəkdir. Eyni zamanda, informasiya cəmiyyətinin inkişafına yönəldilmiş fundamental və tətbiqi elmi tədqiqatların aparılması genişləndiriləcək, İKT və yüksək texnologiyalar üzrə “start-up” layihələrinə dəstək veriləcəkdir.