İQTİSADİYYAT


Azərbaycanda neft hasilatı 8,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalıb

Bakı, 10 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın mədənçıxarma sektorunda neft hasilatı 8,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yeddi ayda ölkə sənayesində 21,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz az sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı 7,1 faiz azalıb.

Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda, 24,8 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 8,9 faiz, əmtəəlik qaz hasilatı isə 1,3 faiz azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.