İQTİSADİYYAT


Azərbaycanda on ay ərzində bir sıra mühüm obyektlər istifadəyə verilib

A+ A

Bakı, 27 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr ayları ərzində paytaxtda iri qabaritli transformatorlar, gips və oksigen zavodlarının, Bakı Metropoliteninin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının, Gəncə şəhərində “Nizami” elektrik yarımstansiyasının, Sumqayıtda şahmat məktəbinın, Ağstafada “Modern” mebel fabrikinin, “Karvan-L EKO” sənaye parkında 9 müəssisə və istixana kompleksi və musiqi mərkəzinin, Xaçmaz rayonunda Yalama Aqroparkının, İsmayıllıda “İSMA BİKES” velosiped istehsalı zavodunun tikintisi başa çatdırılıb.

Bundan əlavə, “İsmayıllı-2” Su Elektrik Stansiyası, Qazaxda “Daş Salahlı” yarımstansiyası, tərəvəz saxlamaq üçün anbar, Qəbələ rayonunda “Qafqaz Tufandag Mountain Resort” hoteli, Salyanda Kür çayı üzərində körpü, Tovuzda su anbarı, həmçinin ölkə üzrə 3420 yerlik 15 ümumtəhsil məktəb binası, 2027 yerlik 21 məktəbəqədər təhsil müəssisəsi, 700 yerlik 5 klub və s. obyektlər istifadəyə verilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.