Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Naxçıvan, 5 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda elmi-praktik konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, konfransda “Ümummilli lider Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli müstəqil respublikamızda aparılan ordu quruculuğu prosesindən söhbət açıb. Bildirib ki, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün həyatı boyu öz xalqına xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa, dövlətə sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb. O, Azərbaycana rəhbərliyinin hər iki dövründə özünün mükəmməl dövlətçilik konsepsiyasını həyata keçirərkən milli hərbçi kadr potensialının yaradılmasına, milli ordu quruculuğuna xüsusi diqqət yetirib.

Qeyd olunub ki, Ulu Öndər hakimiyyətə gəldiyi ilk günlərdən gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə böyük əhəmiyyət verdiyini sübut edib. Belə ki, dahi rəhbər 1969-cu il oktyabrın 21-də gənclərin hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi, hərbi sahəyə marağın artırılması məsələsini geniş müzakirəyə çıxararaq, Azərbaycan KP MK-da “Gənc hərbi vətənpərvərlər məktəbinin yaradılması haqqında” Qərar qəbul edib. Ali hərbi məktəblər üçün müdavim hazırlamaq məqsədi ilə bütün siyasi maneələri dəf edərək, 1971-ci il iyul ayının 28-də Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olub. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il martın 13-də imzaladığı Sərəncam ilə Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına hərbi liseyin filialı açılıb, Prezident İlham Əliyevin 2004-cü il fevralın 27-də imzaladığı Sərəncam ilə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. 1970-80-ci illərdə keçmiş SSRİ-nin ali hərbi məktəblərdə 2 mindən çox azərbaycanlı zabit hazırlanıb, SSRİ müdafiə sənayesinin Azərbaycanda 11 böyük zavodu tikilib. Hazırda həmin müəssisələr modernləşdirilərək Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində ölkəmizin hərbi potensialının və qüdrətinin artırılmasına öz töhfəsini verir.

“Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da məhz Ulu Öndər vahid nizami Silahlı Qüvvələrin yaradılması və daha da möhkəmlənməsi, ordumuz üçün hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşməsi üçün strateji xarakterli tədbirlər həyata keçirdi”, - deyən YAP Naxçıvan Şəhər Təşkilatının sədri vurğulayıb ki, dahi şəxsiyyətin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 2001-ci il avqustun 20-də respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 2002-ci il avqustun 17-də Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar, heç şübhəsiz, bu istiqamətdə əsaslı dönüş yaradıb. Qısa müddət ərzində ordu quruculuğunun qanunvericilik bazası yaradılıb, “Silahlı Qüvvələr haqqında“, “Hərbi xidmət haqqında”, “Müdafiə haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və bunun kimi digər əhəmiyyətli qanunlar qəbul edilib. Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən ordu quruculuğunu prioritet elan edib. Azərbaycan regionda yalnız siyasi və iqtisadi baxımdan deyil, hərbi cəhətdən də ən güclü dövlətlərdən birinə çevrilib. 2008-ci, 2011-ci və 2013-cü illərdə paytaxt Bakıda keçirilən hərbi paradlar, habelə 2016-cı il aprelin 2-5-də ermənilərin hərbi təxribatına milli ordumuzun qəhrəmanlıqla cavab verərək düşməni sarsıdıcı məğlubiyyətə uğratması Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünün bərpasına, torpaqlarımızın işğalçılardan azad edilməsinə hazır olmasının təsdiqidir.

YAP Heydər Əliyev adına tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Könül Mirzəyeva “Ulu öndər Heydər Əliyevin siyasi təlimində hərbi vətənpərvərlik” mövzusunda çıxış edərək bildirib ki, Ümummilli Liderin milli vətənpərvərlik ideyalarında ən önəmli yerlərdən birini müasir nəsli hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək məsələsi tutur. Ümummilli lider Heydər Əliyev deyirdi ki, “Hamımızın ümumi vəzifəsi xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

“Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi” mövzusunda çıxış edən YAP “Naxçıvan” Universiteti ərazi ilk partiya təşkilatının sədri Mehman Şabanov qeyd edib ki, Ümummilli Lider bütün dövrlərdə Azərbaycanın ərazi bütövlüyünün qorunmasına xüsusi əhəmiyyət verib, torpaqlarımızın erməni işğalından azad olunması istiqamətində var qüvvəsi ilə çalışıb. Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Araz” Dövlət Qəbul Evi ərazi ilk partiya təşkilatının sədri Rəhmiyyə Zeynalova “Ulu öndər Heydər Əliyev və vətənpərvərlik fenomeni” mövzusunda çıxış edərək deyib ki, dahi şəxsiyyətin milli vətənpərvərlik konsepsiyasında ən önəmli yerlərdən birini müasir nəsli milli vətənpərvərlik ruhunda tərbiyə etmək məsələsi tutur.

Elmi-praktik konfransın məruzələri mövzuya dair slaydlarla müşayiət olunub.

Sonda konfrans iştirakçıları “Heydər Əliyev və Azərbaycan ordusu” filminə baxıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir 

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb