CƏMİYYƏT


Azərbaycanda palliativ yardım xidmətinə olan ehtiyaclar öyrəniləcək

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ölkəmizdə palliativ yardım xidmətinə olan ehtiyacların qiymətləndirilməsini həyata keçirəcək.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İSİM-in mütəxəssisləri paytaxtda və regionlarda seçilmiş tibb müəssisələrinin rəhbərliyi, həkimləri, orta tibb personalın köməyi ilə bu xidmətdən bəhrələnə biləcək xəstələri və onların yaxınlarını sorğuya cəlb edəcəklər.

Araşdırma zamanı palliativ yardım xidmətinin yaradılması üçün mövcud imkanlar və maneələr müəyyən ediləcək. Layihə çərçivəsində palliativ yardım xidmətinin yaradılması üçün kadr potensialının gücləndirilməsi, texniki və digər resursların əlçatanlığının təmin edilməsi, habelə xidmətin təşkili üzrə metodoloji və institusional inkişafa dair təkliflərin hazırlanması, o cümlədən palliativ yardıma ehtiyacı olan əsas xəstə qruplarının və xəstəliklərin siyahısının tərtib edilməsi planlaşdırılır.

Araşdırmanın nəticələrinə əsasən müvafiq tövsiyələrlə hesabatın hazırlanması və Səhiyyə Nazirliyinin müvafiq qurumlarının, ictimai təşkilatların mütəxəssislərinin iştirakı ilə müzakirələrin aparılması nəzərdə tutulur.

İlin sonuna kimi davam edəcək bu qiymətləndirmə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.1.3 və 9.3.1-ci bəndlərinə, “Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üçün Strateji Planı” üzrə Fəaliyyət Planının 3.3.11-ci bəndinə uyğun olaraq həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.