Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanda parlament seçkiləri və Avropa siyasətinə yeni baxış

Azərbaycanda parlament seçkiləri və Avropa siyasətinə yeni baxış

Azərbaycan iki aydan sonra – cari il noyabrın 1-də keçiriləcək mühüm siyasi hadisə – parlament seçkiləri ərəfəsindədir.

Şübhə etmirik ki, dünya ictimaiyyətinin diqqəti ənənəvi şəkildə Azərbaycanda baş verən daxili siyasi proseslərə yönələcək və Qərbdəki “xeyirxahlarımız” xüsusi və qeyri-sağlam maraqla bu prosesi izləyəcəklər.

Xatırlatmağa ehtiyac yoxdur ki, qoca “xeyirxah” Avropa faktiki olaraq Azərbaycanda baş verən bütün daxili siyasi proseslərə həddindən artıq diqqət göstərir. Qərbdə müəyyən qüvvələr isə hər fürsətdə Azərbaycanda avropalıların özlərinin də tez-tez riayət etmədikləri “demokratik dəyərlər”in pozulması barədə bəyanatlar verirlər.

Yeri gəlmişkən, buna ən aydın sübut Yaxın Şərqdən və bir sıra Afrika ölkələrindən qaçqınların axını ilə bağlı yaranmış vəziyyətdir. Bu mürəkkəb vəziyyətdə “tolerant” Avropanın iç üzü açılır. Bu, yüksək əxlaq, seçim və hüquq azadlığı nümunəsi təəssüratı yaradan “mədəni” Avropa ölkələrinin real həyatda nəyə qadir olduqlarını göstərən təkcə bir nümunədir.

Azərbaycan parlamentinə keçiriləcək seçkilərə gəldikdə isə, şübhəsiz ki, seçkilər ən yüksək səviyyədə və şəffaf şəkildə baş tutacaq. Azərbaycan ictimaiyyəti Brüsseldə və Vaşinqtonda nə düşündüklərindən asılı olmayaraq, xarici göstərişlər və təzyiqlər olmadan öz seçimini etməyə qadirdir. Ölkədə indiyədək prezident və parlament seçkilərinin nəticələri Azərbaycan ictimaiyyətinin Qərbdən asılı olmayaraq düzgün qərar qəbul etmək bacarığını dəfələrlə nümayiş etdirib.

Prinsipcə bu vəziyyətdə də qarşıdakı seçkilərdə azərbaycanlı seçicinin necə səs verməsi, kimi seçməsinin qətiyyən nə Qərbə, nə də Avropaya dəxli yoxdur.

Bu məsələ ilə bağlı avropalı tərəfdaşlarımızın planlarına gəldikdə isə, bu yaxınlarda Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Aİ Milli Məclisə seçkilərin ən yüksək səviyyədə keçirilməsində Azərbaycanın səylərini dəstəkləməyə və öz töhfəsini verməyə hazırdır. Diplomat qeyd edib ki, Milli Məclisə seçkilər Azərbaycanın daxili işidir və bu nöqteyi-nəzərdən prosesdə əsas iştirakçı ölkənin Mərkəzi Seçki Komissiyasıdır.

Nəzəri cəhətdən xanım Mardın bəyanatı ilə razılaşmamaq mümkün deyil, çünki ali qanunverici orqana seçkilər hər ölkənin daxili işidir.

Amma həqiqət ondadır ki, bu cür bəyanatlar sadəcə deklarativ xarakter daşıyır, əslində, eyni avropalı parlamentarilər və siyasətçilər qərarlarının nəticəsini düşünməyərək anti-Azərbaycan qətnamələrin qəbulu üçün böyük şövqlə səs verirlər. Yeri düşmüşkən, qısa müddət öncə Avropa Parlamenti Azərbaycana təkcə müşahidə missiyası göndərməmək deyil, həm də deputatlara ölkəmizdə keçiriləcək seçkilərin müşahidə olunmasını qadağan etməklə bağlı qərarını açıqlayaraq növbəti dəfə xoş olmayan sürpriz etdi.

Avropanın nə vaxtsa Azərbaycana qarşı münasibətini kökündən dəyişəcəyinə və bədnam “ikili standartlar” siyasətindən imtina edəcəyinə ümid etmək çox çətindir, lakin təkcə bu halda avropalıların Azərbaycanda keçiriləcək parlament seçkilərini dəstəkləməklə bağlı vaxtında və düzgün qərar qəbul etmək üçün siyasi iradələri çatdı. Əks halda, avropalılar Azərbaycan kimi etibarlı tərəfdaşın etimadını itirmək riskini edərdilər ki, bu da ən azı ağılsızlıq olardı.

Müstəqilliyini əldə etdiyi ilk gündən etibarən Azərbaycanın Avropa İttifaqı və Avropa dövlətləri ilə bir sıra mühüm strateji sahələrdə uğurla və sıx əməkdaşlıq etdiyini daha əvvəl Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov qeyd etmişdi. Onun sözlərinə görə, keçmiş Sovet ölkələri arasında Azərbaycan kimi Avropa strukturları ilə hərtərəfli əməkdaşlıq edən ikinci bir ölkə tapmaq çətindir.

Bununla yanaşı, Azərbaycana qarşı tətbiq edilən “ikili standartlar” siyasətini vurğulayan Novruz Məmmədov qeyd edib ki, avropalılar yürütdükləri bu siyasətin hara aparıb çıxara biləcəyini və Avropa Şurasının mövqeyinin Azərbaycanın bu təşkilata üzvlüyünü sual altında qoyduğunu hələ də başa düşə bilmirlər.

Avropa İttifaqının bəzi strukturları kimi AŞPA da beynəlxalq hüquqa etinasızlıq göstərir: “Onların prinsipi belədir: necə istəyiriksə, elə də olacaq” – deyə Prezident Administrasiyası rəhbərinin müavini bildirib.

Tamamilə qərəzsiz və obyektiv olsaq, məlumdur ki, Avropa xüsusilə indi, aydın miqrasiya siyasətinin yoxluğundan yaranan kütləvi humanitar fəlakətin səbəb olduğu iqtisadi böhran və siyasi narahatlıqların məngənəsində sıxıldığı bir vaxtda Azərbaycana daha çox ehtiyac duyur. Avropa bir neçə səbəbə görə Azərbaycanla münasibətlərə dəyər verməlidir.

Birincisi, Cənubi Qafqaz regionunun lider ölkəsi olaraq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır ki, bu, avropalılar üçün olduqca vacibdir; ikincisi, Azərbaycan Aİ ilə onun Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı tərəfdaşları arasında nəqliyyat sahəsində əməkdaşlıq proqramı olan TRACECA-nın əsas halqalarından biridir. Bundan başqa, biz dünyada neft ixracatçısı kimi tanınmışıq, bu gün isə faktiki olaraq öz qazımızı dünya bazarına çıxarmağın astanasındayıq və bütün bunlar Aİ ilə birgə terrorizmə qarşı effektiv mübarizə aparmağımıza mane olmur.

Bu və bir çox başqa faktlar Azərbaycanla etibarlı əlaqələrin qurulması üçün möhkəm əsas yaradır. Avropalıların guya bunu anlamadığını düşünmək qeyri-ciddi və məntiqsiz olardı. Əlbəttə ki, müdrik “Köhnə dünya” yaxşı bilir ki, Azərbaycan böyük imkanlar ölkəsidir və onunla dostluq etmək lazımdır. Məhz bu səbəbdən, o, bir tərəfdən faktiki olaraq ölkəmizin ərazi bütövlüyünü və onun toxunulmazlığını dəstəkləyir, bu proseslərin Dağlıq Qarabağın gələcək statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməyəcəyini iddia edərək, Qarabağ separatçılarının keçirdiyi “parlament seçkiləri”ni və beləliklə, seçkilərin keçirildiyi konstitusional və normativ çərçivələri rəsmi olaraq tanımır. Bundan əlavə, Aİ hər vəchlə status-kvonun aradan qaldırılması və sülh danışıqlarının başlanması istiqamətində ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin səylərini dəstəklədiyini bəyan edir. Avropalı dostlarımızı ayaq üstə alqışlamaq olardı, amma həqiqət ondadır ki, bütün bu pafoslu bəyanatlar və təminatlar sözdə və ya kağız üzərində qalır.

Bizə gəldikdə isə, biz avropalılardan yüksək keyfiyyətli ictimai inkişaf modeli təcrübəsini öyrənmək üçün böyük Avropa ailəsinin bir hissəsi olmağa çalışdığımızı heç vaxt gizlətməmişik, amma anlamaq lazımdır ki, biz Avropa İttifaqı ilə əməkdaşlıqda israr etmək fikrində deyilik və heç bir halda avropalılarla assosiativ saziş imzalamağı planlaşdırmırıq, özümüzü nə Qərbə, nə də Avropaya zorla qəbul etdirməyə çalışmırıq, çalışmayacağıq və buna ehtiyac da yoxdur. Azərbaycan aydın şəkildə öz yolunu müəyyənləşdirib və milli maraqlar və beynəlxalq hüquq normaları əsasında müstəqil dövlət qurmağa davam edir. Dövlətin xarici siyasətinin prioritet istiqaməti də məhz budur. Biz Avropa ilə tərəfdaşlıq əlaqələrini davam etdirmək və əməkdaşlıq sahələrini bərabərhüquqlu əsasda genişləndirmək niyyətindəyik. Nə bizim, nə də avropalıların başqa yolu yoxdur.

Elsevər Abdullayev

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir