REGİONLAR
Azərbaycanda qanunçuluğu, insan hüquq və azadlıqlarını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti yaradılıb
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin qəsəbədəki abidəsi önünə çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edənlər prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, ölkəmizdə hüquqi dövlət quruculuğunda, demokratik prinsiplərin inkişaf etdirilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında prokurorluq orqanlarının rolundan danışıblar.
Bildirilib ki, prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə ölkəmizdə hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu gün Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən qanunvericilik islahatları nəticəsində respublikada qanunçuluğu, insan hüquq və azadlıqlarını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti yaradılıb.
Qeyd olunub ki, prokurorluq orqanlarının əməkdaşları bundan sonra da ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin və milli maraqlarımızın, xalqın mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında əzmlə çalışacaqlar.
Tədbir mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı ilə başa çatıb.