SİYASƏT


Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatların hüquqi bazası formalaşdırılır

Bakı, 19 aprel, Təhminə Hümbətova, AZƏRTAC

Azərbaycanda aparılan iqtisadi islahatlar, qanunvericilik bazasının möhkəmləndirilməsi və atılan digər mütərəqqi addımlar sahibkarlığın inkişafını, eləcə də birbaşa rəqabət qabiliyyətli məhsulların istehsalını əsaslandıran amillər oldu.

Bu fikri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov AZƏRTAC-a açıqlamasında deyib.

“Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, sahibkarlığın inkişaf etdirilməsi birinci növbədə qanunu əsaslara və hüquqi bazaya söykənməlidir. Bununla əlaqədar olaraq 2016-cı ildə Milli Məclisdə çox əsaslı və fundamental qanunlar qəbul olunub. Vergi, Gömrük məcəllələrində, ümumiyyətlə, iqtisadi sektoru əhatə edən 200-ə yaxın sənəddə dəyişikliklər edilib, həm də yeni qanunlar qəbul olunub. Bununla yanaşı, həmin sahə ilə bağlı məsələlər də müzakirə olunub. Bütün bunların hamısı aparılan islahatların qanuni bazasının formalaşmasını səciyyələndirir”, - deyə Milli Məclisin deputatı qeyd edib.

A.Hüseyov bildirib ki, Azərbaycanda çox böyük struktur islahatları həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə bəzi qurumlar yaradıldı, bəziləri isə birləşdirildi.

Deputat vurğulayıb ki, xüsusilə, maliyyə və bank sektorunda çox önəmli addımlar atılıb. Bu sahənin fəallaşdırılması ilə bağlı dövlətimizin başçısının tapşırığı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu Palatanın yaradılması ilə bu sahədə bir çox işlərin tənzimlənməsi həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.