İQTİSADİYYAT


Azərbaycanda sahibkarlar üçün yaradılmış imkanları nəzərə alan İran şirkətləri sərmayə qoyuluşunu artırır

A+ A

Tehran, 24 sentyabr, AZƏRTAC

İran ilə Azərbaycanın arasında ticarət dövriyyəsinin həcmi hazırda 100 milyon dollar təşkil edir. Lakin bu rəqəm tərəfləri qane etmir. Ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkə böyük potensiala malikdir.

Bu sözləri yerli mətbuata açıqlamasında İranın sənaye və ticarət nazirinin müavini Hosin Asəfbadi deyib.

Onun fikrincə gələn il iki qonşu və dost ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 300 milyon dollara çatacağı gözlənilir.

Qeyd olunub ki, Azərbaycanda sahibkarlar üçün yaradılmış münbit imkanları nəzərə alan İran şirkətləri bu ölkəyə sərmayə qoyuluşunu artırır. İran şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 2,6 milyard dollar həcmində sərmayə qoyulub ki, bunun da 145 milyonu qeyri-neft sektorunu əhatə edir. İranın 50 şirkəti öz sərmayəsini neft-qaz sahəsi ilə yanaşı tikinti, dərman və avtomobil istehsalı sahələrinə yatırıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.