İQTİSADİYYAT


Azərbaycanda sahibkarlığın inkişafı üçün ideal şərait var

Bakı, 25 may, Sevda Cəfərova, AZƏRTAC

Azərbaycanda sahibkarlığın inkişafı üçün ideal şərait var.

Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində “Bakı Tekstil Fabriki”nin direktoru Səkinə Babayeva deyib.

Hazırda reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələnməsi uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşdırılır. Məhz bu səbəb mənə və mənim timsalımda olan digər sahibkarlara həvəslə çalışmağa, öz fəaliyyətimizi genişləndirməyə, bununla da dövlətə lazımınca xidmət etməyə imkan verir. Buna görə də, işimə maksimumum köklənərək çalışıram ki, “Bakı Tekstil Fabrikini” daha da inkişaf etdirim. Bunun üçün dövlət bizə hər cür şərait yaradıb, deyən sahibkar qadın ölkə başçısı tərəfindən “Tərəqqi” medalına layiq görüldüyünü bildirdi və bu qayğı və diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən danışan Səkinə Babayeva deyib ki, hazırda müəssisədə yüksək kеyfiyyətə və təhlükəsizlik göstəricilərinə mаlik хüsusi təyinаtlı gеyimlərlə (unifоrmаlаrlа) yаnаşı dünyа və Avrоpа stаndаrtlаrınа cavab verən 500-dən çох çеşiddə müхtəlif trikоtаj məhsullаr istеhsаl оlunur, еyni zаmаndа müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir. Müəssisənin kоllеktivi trikоtаj istеhsаlı üzrə bir çох qаbаqcıl оlkələrdə təşkil оlunаn trеninqlərdə və kvаlifikаsiyа mərkəzlərində dаimа iştirаk еdir, yеni təkliflər və rеаl prаktikа bаzаsı yаrаdır. “Çalışırıq ki, istehsal etdiyimiz məhsullarda daha çox Azərbaycanla bağlı milli atributlar çoxluq təşkil etsin”, - deyə sahibkar bildirib.

Fabrikin gələcək planlarından danışaraq Səkinə Babayeva bildirib ki, “Bakı Tekstil Fabriki” nəinki məktəbli geyimləri, eyni zamanda digər yaş kateqoriyalarına aid insanlar üçün də milli brendlər istehsal etməyi planlaşdırır. “Bizim şirkət müxtəlif çeşidlərdə dövlət standartlarına uyğun istehlak mallarının istehsalı ilə məşğuldur. Biz işimizdə keyfiyyətə üstünlük veririk. Bu isə yerli bazarda tələbatı artırır. Bizim məhsullara ölkəmizin ən böyük geyim bazarlarında milli brend adı altında, yəni, Made in Azerbaijan, brendi altında rast gələ bilərsiniz”, - deyə S.Babayeva bildirib.

Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atıldığını söyləyən Səkinə Babayeva rəhbərlik etdiyi müəssisənin yaxın zamanlarda İran və Rusiyaya məhsul ixrac edəcəyini söyləyib. “Biz çalışırıq ki, bütün istehsal etdiyimiz məhsullar beynəlxalq standartlara cavab versin. Bu, xarici bazarlara çıxış imkanımızı artırır. Allahın köməkliyi ilə, Made in Azerbaijan brendi bütün dünyada səs salacaq, “Bakı Tekstil Fabriki” də öz məhsullarını xarici bazarlara çıxaracaq. Sahibkar onu da bildirib ki, mayın 26-da Minskdə açılacaq “Azərbaycan Ticarət Evi”nin nəzdində daimi fəaliyyət göstərəcək Azərbaycan məhsullarının sərgisində “Bakı Tekstil Fabriki”nin məhsulları da nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.