ELM VƏ TƏHSİL


Azərbaycanda seçki hüququ və seçki təsisatı tam formalaşıb

A+ A

Bakı, 15 dekabr, AZƏRTAC

Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (DİMBİ) Bakı filialı Azərbaycan Texniki Universitetində (AzTU) maarifləndirici tədbir keçirib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, MDB PAA DIMBI Bakı filialının direktoru Elman İmaməliyev tədbirin əhəmiyyətindən, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi elmi-araşdırma işlərindən, filialın ölkəmizdə və onun hüdudlarından kənarda fəaliyyətindən söz açıb.

MDB PAA DİMBİ Bakı filialının fəaliyyətini yüksək dəyərləndirən, universitetin kafedra müdiri, professor Şikar Qasımov Azərbaycanda seçki hüququ və seçki təsisatının tam formalaşdığını vurğulayıb.

Sonra mövzu ilə bağlı çıxışlar dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.